
4-5 illik təcrübə ilə UI/UX və qrafik dizaynerəm. Referans Medical Group-un dizayn komandasında sağlamlıq və lifestyle brendləri üçün rəqəmsal təcrübələr qururam - veb saytlardan mobil tətbiqlərə qədər hər detalı özüm işləyirəm.
Paralel olaraq Gunash - əl işi təbii daş zərgərlik brendini sıfırdan qurmuşam: brendləşdirmədən e-ticarət saytına, sosial media idarəçiliyinə qədər hər addım mənim əlimdən keçib. Detala diqqət və vizual dəqiqlik işimin əsasını təşkil edir.
Fine arts təhsilim mənə bədii düşüncəni strateji dizaynla birləşdirmək imkanı verir. İstər brend kimliyi, istər rəqəmsal məhsul, istərsə də motion - hər layihədə məqsədim eyni: funksional, mənalı və yadda qalan təcrübələr yaratmaq.
Brendi, auditoriyanı və məqsədləri dərindən anlayıram.
Strategiyanı vizual istiqamətə çevirir, eskizlər hazırlayıram.
Hər detalı dəqiqliklə işləyib tam dizayn sistemi qururam.
Hazır faylları və dəstəyi təqdim edir, işi son nöqtəyə çatdırıram.